Gəncə şəhərində itkin düşən qız tapılıb
Bu barədə Trend-ə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, sentyabrın 2-də Gəncə şəhəri, Tereşkova küçəsi 51, ev 33-də yaşadığı evdən çıxaraq itkin düşən 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənova ilə bağlı araşdırmalara başlanıb.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları L.Həsənovanın yerini müəyyən edərək onu tapıb. Tapılan qız sentyabrın 5-də valideynlərinə təhvil verilib.
Xatırladaq ki, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Aynur Həsənova ərizə ilə Kəpəz rayon Polis İdarəsinə müraciət edərək onunla birlikdə yaşayan qızı, 2000-ci il təvəllüdlü Lətifə Canpolad qızı Həsənovanın itkin düşdüyünü bildirmişdi.
L.Həsənova evdən çıxarkən əynində qara şalvar, qara ayaqqabı, çəhrayı köynək olub. Onun boyu 155 sm, normal bədən quruluşludur.
L.Həsənovanın boğazında yanıq izi var.
MilliYol.Az