Bu ilin yeddi ayında banklar tərəfindən ev təsərrüfatlarına 4 milyard 874,5 min manat kredit verilib
Mərkəzi Bankdan bildirilib ki, istehlak kreditlərinin ümumi kredit portfelindəki çəkisi 40,1%-ə yüksəlib.
Beləliklə, bu kreditlərin portfeldəki payı 2015-ci ildəki səviyyəsinə qayıdıb. İlin əvvəlindən istehlak kreditlərinin həcmi 268 milyon manat artıb.
Kredit qoyuluşlarının sahələr üzrə strukturunda ticarət və xidmət sektoruna verilən kreditlərin xüsusi çəkisi 16,7% paya malik olub. İlin əvvəlindən indiyədək banklar bu sahəyə 2 milyard 29,4 min manat kredit ayırıblar.
Ayrılan kreditlərin həcminə görə üçüncü ən böyük paya daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka də krediti daxil olmaqla) ayrılan kreditlər sahib olub.
Ümumilikdə bu sahəyə 1 milyard 740,3 min manat kredit ayrılıb. Kreditlərin portfeldəki xüsusi çəksi 14,3% təşkil edib. İlin əvvəlindən daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılan kreditlər 3 milyon manat artıb.
Qeyd edək ki, cari ilin avqust ayının 1-nə banklar tərəfindən iqtisadiyyata 12 milyard 170,7 min manat kredit qoyuluşu həyata keçirilib.
MilliYol.Az