İranın Qum şəhərində rialın ucuzlaşmasının yaratdığı iqtisadi gərginliyə etiraz olaraq aksiya keçirilib
Aksiyada diqqət çəkən məqamlardan biri də plakatlarda yazılan şüarlar olub. Belə ki, səsləndirilən şüarlarda ABŞ-la danışıqlar tərəfdarı olanların sonunun keçmiş prezident Əkbər Haşimi Rəfsəncani kimi olacağı deyilib və indiki prezident Həsən Ruhani ölümlə təhdid olunub:
“Ey o kəslər ki, şüarınız danışıqlardır, Fərəhin hovuzu sizi də gözləyir”
Qeyd edək ki, Rəfsancaninin meyiti Tehranın mərkəzindəki üzgüçülük hovuzunda tapılmışdı.
İran parlamentinin spiker müavini Ali Motahariyə görə bu şüar indiki prezidentə “canımızı Rəfsəncanidən qurtardığımız kimi, səndən də qurtaracağıq” mesajıdır.
İrandakı qəzetlərdən biri isə “tədbirdən sonra qaytarın” yazılan plakatların özlərini ölkənin “ağası” hesab edən və İslamı təmsil etdiklərini düşünən bir qrup tərəfindən hazırlandığını deyir.
Müşahidəçilər düşünür ki, İranın hərbi və təhlükəsizlik orqanlarının da bu işdə əli var. (aznews.az)
MilliYol.Az