Ali Radanın birinci vitse-spikeri İrina Geraşenko parlamentin razılaşdırıcı şurasının iclasında bəyan edib ki, Prezident Pyotr Poroşenko Rusiya ilə dostluq müqaviləsinin müddətini uzatmamaq barədə tapşırıq verib
Ukrayna tərəfi sənədin müddətinin uzadılması məsələsini sentyabrın 30-a qədər həll etməlidir.
Ukrayna ilə Rusiya dostluq, əməkdaşlıq və həmkarlıq barədə Müqaviləni 1997-ci ildə bağlayıb. Rusiya-Ukrayna münasibətlərinin əsasını təşkil edən bu sənəd iki ölkə arasında strateji həmkarlığı nəzərdə tutur.
Ötən həftə Poroşenko bəyan edib ki, Ukrayna müqavilənin fəaliyyətinin dayandırılması məsələsinə «hazırlıqlı və hüquqi baxımdan qorunan» olaraq yetişib. Cümə axşamı Ukraynanın xarici işlər naziri Pavel Klimkin xəbər verib ki, nazirlik müqavilənin denonsasiya olunması barədə sənədlər paketi hazırlayıb və onu yaxın günlərdə ölkə rəhbərliyinə təklif edəcək.
Ukraynanın sabiq ədliyyə naziri Aleksandr Lavrinovtçin sözlərinə görə, müqavilənin denonsasiyası barədə təklif Pyotr Poroşenkonun seçkiqabağı kampaniyasının bir hissəsidir. Ölkədə prezident seçkiləri 2019-cu ilin yazında keçiriləcək.
Kremldə Kiyevin planını şərh edərkən, bildiriblər ki, Rusiya ilə Ukrayna arasında ikitərəfli münasibətlər dərin böhran içindədir. Moskva hesab edir ki, vəziyyətin gələcəkdə də pisləşməsi istiqamətində atılan addımlar «ağılsızlıq»dır.
MilliYol.Az