Milli Onkologiya Mərkəzində qanun pozuntuları normaya çevrilib
Bu ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb. Müstəqil jurnalist araşdırmaları nəticəsində müəyyən edilib ki, MOM-da müayinə və müalicə pulsuz deyil və xərçəng xəstələri hər müalicə kursuna görə bir neçə min manat pul xərcləyir. Cumhuriyyet.az xatırladır ki, qanunvericiliyə uyğun olaraq, müqavilə predmetinin müxtəlif yerlərə bölünməsi cinayət əməlidir və cəza tədbirlərindən biri iki ilə qədər həbsdir, əgər dövlətə ziyan xüsusilə iri məbləğdədirsə, bu müddət iki dəfə artırılır. Bu il MOM və “Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, “Azeri Med” MOM-nin baş direktorunun müavini, Milli Məclis üzvü Kamaləddin Qafarova məxsusdur.
Milli Onkologiya Mərkəzinin (MOM-un) yuxarıda qeyd edilən əməli Cinayət Məcəlləsinin 308-2-ci maddəsinin (maddə 308-2. Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə) tərkibini yaradır.
Cinayət Məcəlləsinin həmin (308.2.) maddəsində deyilir:
308-2.1. Satınalan təşkilat tərəfindən satınalma prosedurları keçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərini xərcləmə və ya malların (işlərin) satın alınmasını “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsulu ilə həyata keçirilməli olduğu halda, digər satınalma metodlarından qanunsuz istifadə etmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-2.2. Satınalan təşkilat tərəfindən hər hansı digər satınalma metodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsində nəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin) satın alınmasını ayrı-ayrı müqavilələrə bölmə, bu əməllər xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Yuxarıda cumhuriyyet.az olaraq təqdim etdiyimiz araşdırmaa həmçinin o da qeyd edilir ki: “Bu il MOM və “Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb. Xatırladaq ki, “Azeri Med” MOM-nın baş direktorunun müavini, Milli Məclis üzvü Kəmaləddin Qafarova məxsusdur. Hesab edirəm ki, bu yuxarıda qeyd edilən fakt da Cinayət Məcəlləsinin 308-2.-ci maddəsinin digər bəndlərinin tərkibini yaradır.
308-2.3. Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol vermə, bu əməllər xeyli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308-2.4. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurduqda – cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən dörd mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “xeyli miqdar” dedikdə, əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, 308-2.4-cü maddəsində “külli miqdar” dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
2. Bu Məcəllənin 308-2.1-ci, 308-2.2-ci və 308-2.3-cü maddələrində “satınalan təşkilat” dedikdə, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan müəssisə və təşkilatlar başa düşülür.
Əlavə olaraq cumhuriyyet.az olaraq onu da bildirək ki, “Milli Onkologiya Mərkəzində baş verən qanunsuzluqları dəfələrlə “Facebook” sosial şəbəkəsində olan səhifəmdə və kütləvi informasiya vasitələrində işıqlandırmış ictimayətin diqqətinə çatdırmışam. Yüzlərlə insan orada baş verən qanunsuzluqları (müalicə pulsuz olsa da, onlardan müayinə və mualicəyə minlərlə manat pul vəsaitinin alınması, dəfələrlə bilə-bilə yanlış “diaqnoz”ların qoyulması və.s) təsdiq edən şərhlər yazmışdır (hətta sosial şəbəkələrdə bu faktları təsdiq edən videolar belə yayımlanmışdı). Həmin şərhlərə diqqət yetirilərsə görünər ki, MOM-un fəaliyyətində yüzlərlə cinayət tərkibli əməl mövcuddur.
Hətta bu hal Sizlərə daha dəqiq məlum olsun deyə o şərhləri kitab şəklində yığaraq faktın araşdırlması üçün Sizə göndərmişəm. Lakin tərəfinizdən heç bir araşdırma aparılmamış, hətta müraciətlərimə belə cavab verilməmişdir. Bu faliyyətsizliyin nəticəsidir ki, hələdə MOM-da cinayət xarakterli hallar davam etməkdədir. Cinayət Məcəlləsinin 308-2.3 maddəsinə əsasən, bir biri ilə əlaqəli şəxsləri alqı-satqı proseduruna buraxanlar 2 ildən 4 ilə qədər azadlıqdan məhrum edilə bilər.
MilliYol.az