"O, özündə böyük musiqi mədəniyyətini birləşdirən dahi ictimai xadim və ailə başçısı idi"
Bunu Azərbaycanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu SSRİ xalq artisti İosif Kobzonun vəfatına münasibət bildirərkən deyib.
“Biz onunla 1960-cı illərdə tanış olmuşuq, 50 il dostluğumuz olub. Kobzon həm insan, həm musiqiçi, eləcə də ictimai xadim kimi unikal adam idi.
O, Sovet İttifaqı kimi böyük dövlətin sevimli müğənnisi olub. Kobzon çox insanlara kömək edirdi, mən bunun canlı şahidi olmuşam. Azərbaycanda onu bir neçə dəfə ən yüksək ordenlərlə təltif ediblər. Ona bizim Ulu öndər Heydər Əliyevin də böyük hörməti var idi. Kobzon əvəzolunmaz idi”, - P.Bülbüloğlu deyib. (oxu.az)
MilliYol.az