"Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Moskva Dağlıq Qarabağ ətrafında işğal olunmuş 5 rayonu Azərbaycana verməkdə qəti qərarlıdır"
Lakin Duqinə görə, Qarabağ klanın üzvü olan Robert Koçaryanın siyasətə qayıtdığını bəyan etməsinə baxmayaraq, Moskva hazırda Ermənistanın daxili vəziyyətinə çox da qarışmır və hesab etmək olmaz ki, Ermənistan siyasi səhnəsində Rusiyanın hansısa sevimli namizədi var. Moskva üçün hər şeydən əvvəl elə bir syiasətçi maraqlı olacaq ki, o, Ermənistanın əvvəlki geosiyasi kursunun varisi kimi çıxış etsin.
Bu zaman həmin siyasətçinin demokrat, yaxud millətçi olmasının Rusiya üçün heç bir önəmi yoxdur. Və hazırda nə qədər ki, vəziyyət kritik səviyyəyə çatmayıb Rusiya sadəcə prosesləri izləyir. Lakin bu mənada Duqin bir məsələni xüsusi vurğulayıb ki, vəziyyət nə olursa-olsun Moskva Qarabağ məsələsində İrəvana güzəşt etməyəcək.
“Ermənistanla Moskvanın münasibətlərində olduqca prinsipial məsələ var. Rusiya Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabaq ətrafında işğal etdiyi rayonlardan 5-ni Azərbaycana qaytarmaqla münaqişənin nizamlanmasının birinci mərhələsini reallaşdırmaqda qəti qərarlıdır.
Bu istiqamətdə Serj Sarkisyanla ciddi irəliləyişlərə nail olunmuşdu. Bu gün regiondakı növbəti çətinliklərin bloklanması üçün bu, vacib şərtdir.
Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, bu məsələdə Moskva güzəştsiz davranacaq. Ermənistan rəhbərliyinə kim gəlirsə-gəlsin, Dağlıq Qarabağ məsələsində o, əvvəlki rəhbərliklə və regionunun əsas güc mərkəzlərilə əldə olunmuş razılaşmalara əməl etməlidir. 5 rayonun Azərbaycana geri qaytarılmasına Qərb də qarşı çıxmır, yəni bu, hər kəsi qane edərdi. ” – deyə, Duqin vurğulayıb. (azvision.az)
MilliYol.az