Türkiyədə həbs edilmiş amerikalı rahib Endryu Bransonla bağlı yeni faktlar üzə çıxıb
Avropa.info xəbər verir ki, onun barəsində hazırlanan ittihamnamədə rəhbərlik etdiyi Diriliş kilsəsində PKK tərəfdarlarının gizli iclaslarının keçirildiyi iddiası yer alıb.
İttihamnadə qeyd olunur ki, Branson bu kilsədə PKK tərəfdarlarını xristian olmağa cəlb edirmiş.
Şahidlərin birinin verdiyi ifadəyə görə, 13 il öncə İzmirdəki Diriliş kilsəsində xristanlığı qəbul etdiyini və həmin tarixdən davamlı olaraq ibadətlərə qatıldığını söyləyib.Başqa bir şahid ifadəsində isə qeyd olunur ki, o, Diriliş kilsəsində rahib Branson və Erik Viqerlə tanış olub. Şahid deyib ki, Viqer davamlı olaraq kürdləri xristanlaşdırmaq üçün çalışıb.
“Bu şəxslərin (Branson və Viqer) kürd xalqına yönəlmiş ciddi planlarının olduğunu qatıldığım ayinlərdə açıq-aşkar görürdüm. Kürd xalqı ilə çox maraqlanırdılar. Erik Viqer Türkiyəyə gələndə xüsusilə kürdlərin yaşadığı bölgələrlə bağlı fəaliyyət göstərirdi. Bu da şəxsən Türkiyədə görüşdüyü və xristian olan hərbi-dəniz qüvvələrində zabit olan M.T-dən eşitdim. Branson və Erik Viqerin ABŞ kəşfiyyat orqanlarına işlədiklərini düşünürəm. Bu şəxslər Türkiyədə yaşayan kürdlərə hər zaman dəstək olur və Cənubi Kürdüstanın qurulacağını söyləyirdi”- deyə şahid ifadəsində bildirib.
MilliYol.Az