Son dövrlərdə ABŞ prezidentinin tərəfdarları onu məşhur mafiya başçısı Al Kapone ilə müqayisə etməyə başlayıblar
Musavat.com xəbər veri ki, bu barədə The Daily Beast qəzetində məlumat gedib.
Qəzetin verdiyi xəbərə görə, ABŞ-ın Fox News kanalında Trampın qızğın tərəfdarı sayılan, məşhur hüquqşünas, Harvard universitetinin fəxri professoru Alan Derşovits ABŞ ictimaiyyətində Tramp haqqında dəhşətli obraz yaradılmasından şikayətlənib: “Bu gün Amerikada ən böyük cinayət Trampla hansısa şəkildə əlaqədə olmaq sayılır. Adətən belə münasibət mafiyaya göstərilir”,- Derşovits bildirib.
Tramp fanatlarının fikrincə, ABŞ-da bu cür münasibət vaxtilə məşhur mafioz Al Kaponeya qarşı sərgilənib.
Xatırladaq ki, keçən həftə Donald Trampın keçmiş şəxsi vəkili Maykl Koen seçkiqabağı kampaniyada yol verdiyi cinayətləri boynuna alıb və bütün bunları Donald Trampın göstərişləri ilə etdiyini söyləyib.
Eyni vaxtda ABŞ prezidentinin seçki qərargahının keçmiş rəhbəri Pol Manafort da haqqında irəli sürülən 18 ittiham bəndindən 8-də təqsirli bilinib. Bunlardan biri də vergi cinayəti lə bağlıdır.
“The Daily Beast”in qeyd etdiyi kimi bu Trampın Al Kapone ilə müqayisə edildiyi birinci hal deyil. Bir həftə bundan qabaq ABŞ-ın güclü dispora təşkilatlarından sayılan və mühafizəkarlara yaxınlığı ilə bilinən Milli Atıcılıq Assosiasiyası (NRA) “Trampın ədalətsiz məhkəmə təqibinin qurbanı” olduğunu “alkaponlaşdırmaq” kimi fellə təsvir edib. NRA Al Kaponenin də vergi fırıldağında günahlandırıldığını xatırladıb.
“The Daily Beast” mühafizəkarların məntiqinin aydın olduğunu bildirir.
“Onlar demək istəyirlər ki, Tramp da vaxtilə Al Kapone kimi daima təzyiq və təqib altında olub. Lakin ABŞ prezidentinin müdafiəçiləri unudurlar ki, Al Kapone yalnız vergi cinayətlərinə görə tutulsa da, özü məşhur qanqster və amansız qatil olub. Müstəntiqlər onun başqa qara əməllərini sübut edə bilmədikəri üçün əllərində yalnız vergi fırıldağı ilə bağlı ittiham qalıb”, -məqalədə yazılıb.
Yazı müəlliflərin fikrincə, məhz buna görə bu cür müqayisə olduqca təhlükəlidir. Bu cür bənzətmə Trampın başqa cinayətlərdə əli olduğunu göstərir.
MilliYol.Az