Almaniyanın Visbaden şəhərində ucaldılmış Türkiyə prezidenti Recep Tayyip Erdoğanın abidəsi növbəti gün sökülüb
"Alman dalğası" radiosunun yaydığı məlumata görə, dörd metrlik qızıl suyuna salınmış abidə sökülüb və yanğınsöndürən maşına yüklənib.
Wiesbaden Biennale müasir incəsənət festivalının eksponatı təxribatlardan uzaq durmaq və təhlükəsizliyi təmin etmək məqsədilə sökülüb.
"Abida kranın köməyilə maşına yüklənib. İndi o, yanğınsöndürən maşınla nəql edilir. Bizim nöqteyi-nəzərimizdən, əməliyyat sakit keçib", deyə polis Twitter-də yazıb.
Wiesbadener Kurier nəşri Visbaden burqomistri Sven Qeriçə istinadla bildirir ki, əvvəlcə Erdoğanın əleyhdarları Türkiyə prezidentinin abidəsinə yumurta atıblar, bu, təxribat kimi qiymətləndirilib. Dava başlayıb, nəticədə üç nəfər saxlanılıb.
Bir müddət əvvəl bildirilib ki, abidə Wiesbaden Biennale festivalı çərçivəsində "Pis xəbərlər" şüarı ilə meydana çıxıb. Abidə barmağı ilə səmanı göstərən Erdoğan əks olunub.
MilliYol.Az