Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyində (AİB) üzvlüyü məsələsinə baxılarsa Ermənistan öz veto hüququndan istifadə edəcək
Bu barədə Ermənistan XİN mətbuat katibi Anna Naqdalyan avqustun 28-də Yerevanda jurnalistlərə bildirib. O, Azərbaycanın KTMT və AİB-də iştirakının mümkünlüyü barədə sualı belə şərh edib.
"Həqiqətən analitik dairələrdə belə müzakirələr gedir, lakin bu müzakirələr ehtimallara əsaslanır. Ermənistan XİN-in rəsmi mövqeyi belədir: Azərbaycanın KTMT və AİB-də üzvlüyü məsələsinə baxılarsa Ermənistan öz veto hüququndan istifadə edəcək", - A.Naqdalyan bildirib.
Onun sözlərinə görə, KTMT və AİB-də qərarlar konsensus ilə qəbul olunur. "Biz bu məsələyə dair mövqeyimizi bəyan etmişik. Ermənistanın xarici işlər naziri Mnatsakanyan ölkənin mövqeyini aydın açıqlayıb", - o deyib.
Qeyd edək ki, bundan öncə Azərbaycan Milli Məclisinin parlament komissiyalarından birinin rəhbəri və Rusiya ilə parlament dostluq qrupunun sədri Əli Hüseynli Azərbaycanın ən azı müşahidəçi qismində KTMT-də iştirakının sərfəli olduğunu bildirmişdi.-02D-
MilliYol.Az