"İranın ABŞ-a qarşı BMT-nin Beynəlxalq Məhkəməsinə şikayət etməsi Vaşinqtonun qanuni tədbirlər görmək və sanksiyaları bərpa etmək barədə suveren hüququna müdaxilədir"
“Vaşinqton məhkəmədə İranın əsassız şikayətinə qarşı özünü qətiyyətlə müdafiə edəcək. Prezident Tramp İranın nüvə proqramı ilə hərtərəfli müştərək fəaliyyət planından sadə bir səbəbə görə çıxdı: saziş İran rəhbərliyi tərəfindən yaradılan risklərə qarşı Amerika xalqının təhlükəsizliyinə zəmanət vermirdi. ABŞ İran xalqını dəstəkləyir və İran rejiminin regiondakı pozucu fəaliyyətinə qarşı çıxmaq üçün müttəfiqlərlə işləməyi davam etdirir”, – deyə Pompeo vurğulayıb.
Qeyd edək ki, birtərəfli qaydada sanksiyaları bərpa etdiyinə görə Tehran ABŞ-ı BMT-nin Beynəlxalq Məhkəməsinə verib. Məhkəmə artıq bu gün İranın şikayət ərizəsi üzrə işə baxmağa başlayıb. Məhkəmə müzakirərlərinin ilk mərhələsində Tehran öz arqumentlərini təqdim edib. Tehranın əsas arqumenti sanksiyaları bərpa edən ABŞ-ın İranla imzaladığı 1955-ci il konsulluq hüquqları, iqtisadi əlaqələr və dostluq haqqında müqaviləni pozmasıdır.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan etmişdi ki, Tehran məhz birtərəfli qaydada sanksiyalar tətbiq edən ABŞ-ı məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edib. (azvision.az)
MilliYol.az