Avigdor Eskin
RİA Novosti, 27.08.2018
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton ötən həftə Qüdsə səfərinin gedişində İran üzrə üç önəmli bəyanat verib. Birincisi, bu ölkədə rejimin dəyişdirilməsi “Tramp administrasiyasının məqsədi deyil”. Boltonun sözlərinə görə, Vaşinqtonun vəzifəsi “Tehranın daxili və xarici siyasətinə dəyişiklik gətirməkdir”, bundan artıq deyil.
İkinci önəmli bəyanat: “İrana qarşı sanksiyalar artıq bizim təxmin etdiyimizdən də effektli çıxıb“.
Üçüncüsü isə birbaşa Rusiyaya və onun maraqlarına aiddir. ABŞ prezidenti müşavirinə görə, şefinin Rusiya prezidenti Putinlə söhbətinin gedişində sonuncu, İran silahlı qüvvələrinin Suriyanı tərk etməsində maraqlı olduğunu qeyd edib.
Con Boltona vəzifəyə başlayandan bir an sonra verdiyi daha bir bəyanatını xatırlada bilərik – az qala, ilin sonunadək Tehranda rejim dəyişikliyi baş verəcəyi haqda. “Wall Street Journal” qəzetinin şərhçisi Cerald Seyb hesab edir ki, Tramp administrasiyası ilkin maksimal vəzifəsindən imtina etməyib, amma ifadələrində daha ehtiyatlı olub. İranda kütləvi çıxışlar son həftədə həqiqətən də qüvvə toplayır, amma əvvəlki kimi artıq birinci dəfə deyil ki, ABŞ özünə ziyan vurur. Vaşinqtondan Tehranda hakimiyyəti dəyişməyə açıq çağırışlar bir anda əks effektə səbəb oldu. Ağ Evdə hər halda nədənsə ibrət götürdüklərindən xəbər verən indiki ifadələrdə ehtiyatlılıq da buradandır.
“Boltonun gözləntilərini aşan sanksiyalara” gəlincə isə, bununla höcətləşmək çətindir. İranda artıq təkcə paytaxt küçələrində deyil, rəsmi ideologiyanın əsas tərəfdarlarının yaşadıqları ucqarlarda da narahatlıq var. Əlbəttə, orada ilkin olaraq azadlığın yoxluğundan deyil, əksinə, indiki hökumətin gen-bol liberalizmindən narazıdırlar. Və orada Vaşinqtonla dostluğa qətiyyən can atmırlar. Amma bu, hər növ qiyamçının Boltonu və onun ABŞ-dakı həmfikirərini fərəhləndirməyə mane olmur.
Başqa amil Tramp administrasiyasının İranla bağlı Qərbi Avropa ölkələrilə açıq münaqişəsində müəyyən uğurlardır. Bir tərəfdən, Avropa ölkələrinin hökumətləri sazişdən çıxmağa qarşı sərt mövqe tutub. Məsələn, Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bu günlərdə Vaşinqtonda dövlət katibi Mayk Pompeo ilə görüşün gedişində açıq eyham vurub ki, ölkəsinin mövqeyi dəyişilməzdir: London İranla müqavilədən çıxmağa hazırlaşmır. Həmin gün İran atom agentliyinin başçısı Əliəkbər Salehinin çıxışından məlum olub ki, Böyük Britaniya Ərak şəhərinin yaxınlığındakı ağır su reaktorunun işinə yardım edəcək. İngilislər orada Amerika mütəxəssislərini əvəzləyəcəklər.
Almaniya xarici işlər naziri Avropa şirkətlərinin İrana qarşı Amerika sanksiyalarından qorumağın Avropa Birliyi üçün hüquqi zərurəti haqda bildirərək daha uzağa gedib. O, “Handelsblatt” qəzetindəki məqalədə Avropa valyuta fondu və müstəqil ödəniş sistemi yaratmağa çağırıb. ABŞ-ın ən yaxın müttəfiqləri arasında ondan aralanmaqda bu cür radikal ideyalar tez-tez eşidilmir. Bununla belə, Avropanın ən böyük şirkətləri İranı bir-bir tərk edirlər. Air France və British Airways aviaşirkətləri bu günlərdə bildirib ki, İslam Respublikasına uçuşu dayandıracaq. Və artıq bu, noyabra planlaşdırılmış sərt sanksiyalara qədər baş verir.
“Deutsche Telekom” İranın ticarət nöqtələrindən hələ mayda gedib. Tamamilə alman dövlətinə məxsus olan “Deutsche Bahn” dəmiryol şirkləti sentyabra doğru bu ölkədə öz işlərini tamamilə yığışdıracaq. “Adidas” firması isə İran futbolçularına tədarüklərdən imtina edib. Başqa sözlə, Avropa Birliyinin deklarativ siyasəti həyat faktlarıyla üst-üstə düşmür. Az-az adam İrandakı mövqeləri saxlamağın xatirinə Amerika bazarına çıxışdan imtina etməyə hazırdır.
Bu, Rusiyaya bu gün nə verir və siyasi liderləri tərəfindən necə qavranıla bilər? Əminliklə demək olar ki, Moskvanın ABŞ tərəfdən sanksiya məcburiyyəti siyasətini tanımamaq istəyi ardıcıl və dəyişilməzdir. Rusiya bir vaxtlar İrana qarşı beynəlxalq sanksiyalara qatılıb və dəstəkləyib, amma sonradan Tehranla saziş əldə edilməsində önəmli rol oynayıb. İndiki siyasət dünyasında ABŞ tərəfdən basqını tanımamaq istəyi – burada Moskva və Tehranın mövqeyi oxşardır.
Bununla yanaşı, Rusiyada diqqət yetirməyə bilməzlər ki, sanksiyalar götürüldükdən sonra İran Rusiya firmalarıyla dəyərli heç bir müqavilə imzalamayıb.
Suriyadakı durum isə Rusiyanın iştirak etdiyi illər ərzində dəyişilib. Bu gün Əsədin ordusu ölkənin ona tabe hissəsində öz vəzifəsinin öhdəsindən uğurla gəlir. İran qoşunlarının bu kontekstdə ərazidə olması – ən azı, İsrailə yaxın bölgələrdə – SƏR-in varlığı üçün artıq ən zəruri ehtiyac deyil.
Əlbəttə, İran qüvvələrinin çıxarılması (bu, ümumiyyətlə, başlanarsa) dərhal baş verməyəcək. Amma güman etmək olar ki, Suriyada olmağın xərclərini çəkmək daxili şəraitin kəskinləşməsi fonunda Tehrana ən yaxın zamanda getdikcə daha da ağır olacaq.
O biri yandan, “Wall Street Journal”-dən Cerald Seyb iddia edir ki, prezident Tramp da Suriyada Amerika iştirakına mümkün qədər tez son qoymaq istəyir.
Nəticədə Rusiya sadəcə Suriyada deyil, həm də bütün bölgədə tənzimləmə prosesini yönəltmək üçün yetərincə zəngin material əldə edəcək.
MilliYol.Az