Zərrabın nəzarətçiyə sifarişləri - telefon, C vitamini, yemək və içki...
Amerikada İran embarqosunu pozmağa görə həbsdə olan iş adamı Rza Zərraba rüşvət verdiyi iddia edilən türmə nəzarətçisi Viktor Kasado ilə bağlı gəlişmə var
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, türmə nəzarətçisi daha öncə Zərrabdan rüşvət almadığını iddia etsə də, son olaraq ifadəsini dəyişdirərək, Zərrabdan rüşvət aldığını etiraf edib.
Nyu-York cənub dairəsi Baş Prokurorluğundan verilən yazılı açıqlamada nəzarətçi Kasadonun hakim qarşısında verilən ittihamları qəbul etdiyi bildirildi.
Kasado daha öncəki ifadəsini dəyişdirərək, Zərrafdan fərqli situasiyalarda ümumən 50 min dollar ətrafında rüşvət aldığını və Zərrab üçün “Metropolitan” xəstəxanasına spirtli içki, cib telefonu və bəzi vitaminlər daxil olmaq şərtilə bir çox maddə gətirdiyini etiraf edib.
R.Zərrab ötən ilki məhkəmə prosesləri zamanı həbsdə olduğu türmədə bir nəzarətçiyə cib telefonu və spirtli içki qarşılığında türk vəkil vasitəsilə təxminən 45 min dollar rüşvət verdiyini iddia etmişdi.
Bundan bir gün öncə isə “New York Times” qəzeti Manhettenin Quantanamosu kimi tanınan həbsxanada Zərrabın nəzarətçiyə və digər məhkumlara rüşvət verərək iPhone, C vitamini, yemək və spirtli içki gətirdiyini detalları ilə yazıb. Qəzetin yazdığına görə, həbsxanada bronxlu nəzarətçi Viktor Kasado vasitəsilə qadağan olan məhsulları kamerasına gətizdirib. Nəşr daha sonra aşağıdakı detalları qeyd edib: “Kasado Zərrabı bir fürsət olaraq görürdü. Başqa bir məhkum vasitəsilə Zərraba pul qarşılığında yardım edə biləcəyi məsələləri və cib telefonu nömrəsini bir kağıza yazıb, ona göndərdi”.
Kasadonun işi üzrə məhkəmə 2019-cu ilin 11 yanvarında keçiriləcək. Amma nəzarətçi bu müddət ərzində özünü çox saymazyana aparıb və digər məhkumların Kasadonu iş yoldaşlarına şikayət etməsinin ardınca qaçaqçılıq etdiyi ortaya çıxıb.
“New York Times” müxbiri Ali Vinstonun yazdığı xəbərdə həbsxanada daha 3 məhkumun Kasadoya yardım etdiyi qeyd edilib. Bundan başqa, son vaxtlar ölkədəki həbsxanalarda rüşvət və korrupsiya faktlarının artması da qeyd olunub
MilliYol.Az