BMT-nin ekspertləri “Lancet” jurnalında yeni elmi məqalə ilə çıxış ediblər
Vaşinqton universitetinin alimi Emmanuel Qakidu deyib: “Bu problemə aid bütün məlumatları topladıq. Indi biz açıq şəkildə bəyan edirik ki, spirtli içkinin mənfi təsiri ancaq və ancaq içkini tərgidəndə yoxa çıxır. 1-2 qədəh içkinin sağlamlığa ziyan olmadığı barədə mif yalandır”.
Tədqiqatlar zamanı məlum olub ki, planetimizdə 2 milyard insan spirtli içki qəbul edir. İçki içən kişilər 63%, qadınlar isə 37% təşkil edir.
Ən çox Avropa ölkələri, məsələn Danimarka sakinləri içki içir. Bu ölkədə kişilərin 97, qadınların 95% içki qəbul edir. Norveç, Almaniya, Polşa və Fransa da onlardan geri qalmır. Ən az isə müsəlmanlar ölkələrinin sakinləri spirtli içki içir. (olke.az)
MilliYol.az