Rusiya və Türkiyə prezidentləri Rəcəb Tayyip Ərdoğanla Vladimir Putinin növbəti görüşü yaxın zamanda İranda baş tutacaq
Türkiyəli diplomat deyib ki, Soçi formatında prezidentlərin növbəti görüşü İranda keçiriləcək və onadək hər iki ölkənin XİN rəhbərləri kimi Lavrovla birlikdə liderlərin sammitinə hazırlıq görəcəklər.
Qeyd edək ki, Çavuşoğlu ilə Lavrovun bugünkü görüşündə əsas müzakirə mövzusu Suriyada, xüsusən də, İdlibdəki vəziyyət olub. Həmçinin, XİN rəhbərlərilə yanaşı, Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akarla Sergey Şoyqu arasında da görüş keçirilib, ikitərəfli hərbi əməkdaşlıq və Suriyadakı təhlükəsizlik zonalarının vəziyyəti müzakirə olunub. (azvision.az)
Digər xəbərlər
loading...