Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov istisna etmir ki, Paşinyan öz postunda müddətlikdir
Ekspert bu fikirlərini “Moskva-Bakı” portalına müsahibəsində deyib.
“Onun rəhbərliyi ilə Ermənistan zəifləməkdə davam edir, qonşu Azərbaycan isə strateji cəhətdən güclənir. Paşinyan siyasi vaxtını illərlə deyil, aylarla ölçmək məcburiyyətindədir. Bakı və Moskvanın münasibətlərinin yüksək səviyyədə olması Yerevanı narahat etməlidir”, - rusiyalı ekspert bildirib.
Bununla yanaşı, ekspertin sözlərinə görə, Paşinyanın yeni rəqibinin peyda olmasından danışmaq lazım deyil.
“Paşinyan Ermənistanın siyasi həyatında tam üstünlük qazanıb. Səhv etmirəmsə, hazırda onu 80 faiz insan dəstəkləyir. Hələlik hər hansı rəqibi gələcək üçün potensial kimi görmək lazımdır”, - rus ekspert qeyd edib.
Paşinyanın cümə günü keçirdiyi mitinqdə yeni hökumətin Qarabağı geri qaytaracağı ilə bağlı fikirləri inkar etməsinə münasibət bildirən Markov deyib ki, yeni lider xələflərinin qoşunlarının bu torpaqlardan keçmək istədiyini və əlində kifayət qədər sübutunun olduğunu bildirib.
Markov əlavə edib ki, yeni baş nazirinin Qarabağla bağlı mövqeyi dəyişməzdir.
“Paşinyan üçün Qarabağla bağlı güzəştə getməsi çox təhlükəlidir. Birincisi, Qarabağ klanına daxil olan rəqibləri Paşinyanı güzəştdə ittiham edir. İkincisi, Ermənistanda mitinq demokratiyası vaxtı davam edir, Paşinyan da real hakimiyyəti tamamilə öz əlinə almalıdır.
Ermənistanda ictimai fikir hakimiyyətə nisbətən daha radikaldır. Rəhbərlik başa düşür ki, Bakı ilə kompromisə getmək lazımdır. İctimaiyyət isə “kompromis” fikrini sevmir”, - Markov qeyd edib.(Oxu.Az)