Bakı-Qazax magistral yolunun 16-cı kilometrliyində, paytaxtın Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib
APA TV xəbər verir ki, avtoqəza zamanı 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb
Məlumata görə, 149 saylı xətt marşrutu üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu sərnişinlərin düşməsi üçün yolun kənarında dayanıb. Bu vaxt eyni istiqamətlə hərəkət edən “Howo” markalı yük maşını arxadan avtobusa çırpılıb.
Nəticədə avtobusda olan sərnişinlərdən 10 nəfəri xəsarət alıb. Yaralılar 1 saylı Xəstəxanaya çatdırılıb. Onlardan 2 nəfəri evə buraxılsa da, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir.
Yol qəzasının təfərrüatlarını Baş Dövlət Yol Polisi İdarəsinin istintaqçıları araşdırır.
MilliYol.Az
Digər xəbərlər
loading...