"Biz bura Qarabağ probleminin müzakirəsi üçün gəlməmişik. Biz iclasda erməni xalqına qarşı qərəzin qızışdırılması məsələsini qaldırdıq. Və buna Azərbaycan tərəfindən cavab aldıq"
Virtualaz.org bildirir ki, bunu “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Ermənistan parlamentinin “Avronest” Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib.
Xatırladaq ki, tədbirdə ondan başqa daha iki erməni nümayəndə-deputat Mane Tandilyan və Armen Aşotyanın köməkçisi Aram Barseğyan da iştirak edirlər.
Armen Aşotyan jurnalistlərin suallarına cavab verərkən ortaya maraqlı məqamlar çıxıb. Məlum olub ki, onun anası bakılıdır: "Axırıncı dəfə Bakıda 1988-ci ilin yanvarında olmuşam. O vaxt 13 yaşım var idi. Bu, Qarabağ münaqişəsinin başlamasından bir ay əvvəllə təsadüf edirdi. Mənim anam bakılıdır. Şəhəri bir az tanıyıram".
A.Aşotyananın sözlərinə görə, Azərbaycana gələrkən onun və və Mane Tandilyanın qarşısında təhlükəsizlik məsələsi durmayıb: "Biz ondan əmin idik ki, bizim başımızdan heç bir tük də düşməyəcək. Təşkilati xarakterli problemlər var idi, amma xüsusi siyasi problemlər yox idi".
A.Aşotyan diqqəti daha bir maraqlı fakta yönəldib: "Bakı mehmanxanalarında təəccübləndirilmişdilər ki, bizim mehmanxana nömrələrimiz Ermənistan parlamenti tərəfindən sifariş edilib".
Erməni siyasətçisi ümid etdiyini bildirib ki, Qarabağ münaqişəsi sülh yolu ilə nizama salınacaq: "Dialoqun davamı üçün bizim ölkələrimizə belə platformalar lazımdır. Bundan başqa, biz ATƏT-in Minsk qrupuna böyük ümidlər bəsləyirik".
A.Aşotyan azərbaycanlı jurnalistlərinin xahişi ilə Ermənistanın xarici işlər naziri E.Nalbandyanın Azərbaycanın işğal edilmiş ərazilərinin geri qaytarılması ilə bağlı bu yaxınlarda verdiyi bəyanatı da şərh edib.
”Azərbaycan KİV-i bu informasiyanı erməni KİV-inə istinadən yenidən yayımlamışdı. Ancaq Edvard Nalbandyanın sözləri yanlış izah edilmişdi", - erməni siyasətçisi bildirib.
Təəssüf ki, A.Aşotyan virtualaz.org-un bəzi suallarını cavablandırmaq istəməyib və jurnalistləri təxribatçılıqda ittiham edərək brifinqi yarımçıq kəsib.
MilliYol.Az
Digər xəbərlər
loading...