Melinda Harinq
"Atlantic Council"
ABŞ-ın keçmiş müdafiə rəsmiləri, səfirlər və təhlükəsizlik mütəxəssisləri tərəfindən hazırlanan iki partiyalı işçi qrupu Ukraynaya ölümcül müdafiə silahları vermək çağırışını yeniləyib.
İyunun 21-də Ukraynanın Dostları Şəbəkəsinin Milli Təhlükəsizlik Məsələləri üzrə Qrupu Birləşmiş Ştatları rəsmi Kiyevə bir sıra silahlar, kəşfiyyat məlumatları və təlim verməyə çağırıb.
Qrupun üzvü və NATO-nun sabiq baş katibinin köməkçisi Aleksandr Verşbou deyib: "Müdafiə silahlarının təmin edilməsi məqsədi Ukraynanı Rusiyanı daha çox hücum həyata keçirməkdən çəkindirmək və Rusiyanı Minsk sazişini həyata keçirməkdən ötrü ciddi müzakirəyə cəlb etmək üçün təzyiq göstərməyə kömək etməkdir. Niyyət Ukraynanı hərbi qələbə qazanmağa təşviq etmə deyil, Kiyevin bildiyi kimi, bu, qeyri-mümkündür".
Müraciət Ukraynanın prezidenti Petro Poroşenkonun Oval Ofisdə ABŞ prezidenti Donald Trampla görüşündən bir gün sonra qəbul olunub.
Vəziyyəti "təcili" adlandıran Verşbou deyib ki, Rusiya və onun proksi qüvvələri, artilleriya və raket hücumları yağışı yağdırmaqla və əhəmiyyətli mülki itkilərə səbəb olmaqla, demək olar ki, tam cəzasızlıq qalaraq atəşkəs razılaşmasını gündəlik pozurlar.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının məlumatlarına əsasən, 2014-cü ilin aprelindən 12 mart 2017-dək olan tarixdə ən az 9.940 nəfər həlak olub və 23.455 nəfər yaralanıb.
Məqsədli Qrup ABŞ hökumətini Ukraynanı aşağıdakılarla təmin etməyə çağırıb:
Rusiyanın uzun məsafəli artilleriyası və birdən çox istifadəli raket sistemlərinin aşkar edilməsi və hədəfə alınması üçün uzunmüddətli sistemləri də daxil olmaqla, yanğına nəzarət sistemlərinə malik batareyalar.
Əlavə taktiki təhlükəsiz kommunikasiyalar.
Moskvanın işğal edilmiş ərazilərdə yerləşdirdiyi yüzlərlə tanka qarşı qabaqcıl anti-tank qurğuları və mərmilər.
İşğal olunmuş, sərhədyanı ərazilərdə Rusiyanın böyük üstünlüyünü əvəz etmək üçün elektron qurğuları olan sistemli qabaqcıl insansız hava aparatları.
İşğal olunmuş ərazilərdə Rusiyanın iri tank qüvvələrinə qarşı “Bradley” və “Humvees” döyüş maşınları, pusqudan qorunan piyadalar əleyhinə maşınlar, habelə cinahlarda mobil örtüyü olan yüngül nəqliyyat vasitələri.
Real vaxt rejimində məlumat mübadiləsi.
Ukraynalı silahlı qüvvələr üçün birgə silah hazırlığı istiqamətində əlavə məqsədli təlim.
Müdafiə sənayesinin islahatında Ukrayna ilə əməkdaşlıq.
İşçi qrupu, həmçinin ABŞ-ı, Ukraynanı NATO-nun üzvü olmayan ən böyük müttəfiqi təyin etməsinə çağırdı. Çünki bu, ölkəyə daha böyük hərbi dəstəyi vermək asanlaşdıracaq.
2015-ci ildə Ukraynanı silahlandırmaq üçün cəhdlər uğur qazanmadı. Obama administrasiyası uzunmüddətli tank əleyhinə radarlar üçün 20 milyon dollar vəsaiti təmin etsə də, buna müqavimət göstərdi.
Versbou iddia edir ki, Tramp güclü diplomatiyanı işə salarsa və Ukraynaya müdafiə silahları verərsə, əvvəlki səylər uğura yetişər.
"Bu çətin, praqmatik siyasətə şans daha böyükdür, çünki Tramp administrasiyası Amerika maraqlarını təmin etmək üçün bəzən güc istifadəsini məqbul bilir ", – başqa bir qrup üzvü, ABŞ-ın Ukraynadakı sabiq səfiri Con E. Herbst deyib.
Verşbounun fikrincə, qrupun vəzifə tövsiyə etdiyi müdafiə silahları və imkanlarının rəsmi Kiyevə verilməsi Ukrayna qüvvələrinin özlərini daha yaxşı müdafiə etmələrini və zərərlərini azaltmalarını təmin edəcək.
İşçi qrupu üzvləri bu şəxslərdir: general Fillip Bridlou (Avropada Birləşmiş Qüvvələrin sabiq Ali Komandanı), Fillip Karber (Potomak Fondu), Stiven Blank (Amerika Xarici Siyasət Şurası), Qlen Hovard (Ceymstoun Fondu), Robert A. MakKonnell (“McConnell & Associates”), Nadiya MakKonnell (ABŞ-Ukrayna Fondu), İan Bzejinski (müdafiə naziri köməkçisinin Avropa və NATO siyasəti üzrə sabiq müavini), Maykl Karpenter (müdafiə naziri köməkçisinin sabiq müavini), istefada olan general Uesli Klark (Avropada Müttəfiq Qüvvələrinin sabiq komandanı), Donald Censen, (“Cons Hopkins SAIS”), Herman Pirçner (Amerika Xarici Siyasət Şurası).
Xatırladaq ki, Ukrayna Dostları Şəbəkəsi – ABŞ-Ukrayna Fondunun təşəbbüsüdür.
Milliyol.Az
Digər xəbərlər
loading...