Prezident Alimpaşa Məmmədovu işdən çıxartdı

Prezident Alimpaşa Məmmədovu işdən çıxartdı Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. MilliYol.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, aprelin 26-da hüquq-mühafizə orqanları tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin, o cümlədən A.Məmmədovun saxlanıldığı bildirilir. A.Məmmədov 2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəllər Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.  
Ətraflı