İlham Əliyev: “Kifayət qədər neftimiz var, heç kim narahat olmasın“

“Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir”.
Ətraflı

Repressiya olunacağını Tolstoydan öyrənən yazıçımız

Yusif Vəzir öz gündəliklərini çox sevirdi. Onun «Dəftəri gülşəni cavanlıq» adlandırdığı bu dəftərlər «ruhunun bioqrafiyası» (R.Rollan) idi. ona görə də gündəliyə bir dost, sirdaş kimi müraciət edir: «Ey mənim gündəliyim! Bu dəfə də məni sakitləşdir və mənə xeyir-dua ver. Öz səhifələrinlə məni aydınlaşdır ki, mən nələr çəkmişəm və nahaq yerə öz vicdanıma belə əziyyət vermişəm. Nahaq yerə mənim başımın üzərində ildırım çaxır və kədər qəlbimi sarır! Nahaq yerə!» (11 aprel 1908)
Ətraflı

Fədayə Laçının vəkili danışdı – İttihamları qəbul etmir

Oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçması ilə bağlı təqsirləndirilərək həbs edilən müğənni Fədayə Məmmədova (Laçın) ona qarşı irəli sürülən ittihamları qəbul etmir
Ətraflı