“Qara dəniz sahillərində limanlarda sıxlıq var. Biz hesab edirik ki, Rusiyadan Türkiyəyə gedən yüklər Azərbaycan üzərinə keçəcək”
Bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün keçirilən "Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağında jurnalistlərə açıqlamasında səsləndirib.
C.Qurbanov bildirib ki, Bakı-Tiflis-Qars dəmiryolunun işə düşməsi ilə Azərbaycan dövləti təkcə enerji daşıyıcılarını dünyaya verən dövlət kimi deyil, həm də bir tranzit dövlət kimi öz varlığını, ortaya qoydu: “Bu dəhlizlər bizdə birləşir, biz Azərbaycanı gələcəkdə dünyanın “xab” dövlətinə çevirməyə çalışırıq. Bunun üçün şərait yaradılıb və davam edir. Bizim üzərimizdən keçən dəhlizlərdə vahid tarif məsələsi gündəmdə idi. Ona görə də biz Assosiasiya olaraq bütün dövlətlərin iştirakı ilə burada toplandıq. Məqsədimiz konteyner daşınmasının qiymətlərini tənzimlənməkdən, qiymətlərin rəqabətə davamlılığı və sahibkarlar üçün əlverişli olmasını təmin etməkdən ibarətdir. Bizim işimiz heç kimə mane olmayacaq, heç kimin yükünü əlindən almaq fikrində deyilik. Öz dəhlizimizin inkişafı ilə məşğul olacağıq”.
C.Qurbanovun sözlərinə görə, Azərbaycan Rusiya ilə Türkiyə arasındakı yükdaşımalarda körpü rolunu oynayacaq: “Azərbaycanla Gürcüstan arasında yol var, bu yükdaşıma Batumi və Poti limanları üzərindən həyata keçirilir. Bakıda da Ələt limanı və Bakı limanından daşınır. Ancaq bizim əsas işlərimiz Qazaxıstanla, Türkiyə ilə bərabərdir. Ona görə də, biz bunları tənzimləməli idik. Bakı-Tiflis-Qars dəmiryolunun yüklərini biz tapmalıyıq. Bakı-Tiflis-Qars Azərbaycana böyük dividentlər gətirəcək. Bu dəmiryolu həm də Astaraya işləyəcək, Türkiyədən gələn yüklərin Astaraya getməsi təmin olunacaq. Həm də Rusiyadan gəlib-gedən yüklər bizim üzərimizdən Türkiyəyə gedəcək. Dünyanın ən böyük taxta ixracçısı Rusiyadır, onun ən böyük alıcısı da Türkiyədir. Onların arasında çox böyük ticarət əlaqələri var. Qara dəniz sahillərindəki limanlarda sıxlıq var. Biz hesab edirik ki, bu yüklər Azərbaycan üzərinə keçəcək”.
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...