COP29 Sədrliyi bəyanat yaydı

Egey sahilinin incisi İzmir

“Başqaları susdu, mən isə danışdım, üzərimə hücuma keçdilər” - Deputat

“Almaniyanın Köln şəhərində azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı tədbir uğurlu alındı. Bunu bir daha ona görə təkrarlamaq məcburiyyətindəyəm ki, Avropadakı 3-5 nəfərlik söyüş qrupu dayanmadan mənə və toplantıya qatılanlara qarşı söyüşlər yağdırır, hamını təhqir edirlər. Yaxşı, məni hədəf götürmüsünüz, çünki aylardır sizinlə sivil müstəvidə mübarizə aparmaq istəyirəm və fikirlərimi də zaman-zaman sosial şəbəkədə yazıram. Bəs toplantımıza qatılan insanları və onların ailələrini niyə təhqir edirsiniz? Onların baxışları sizin “baxışlarla” üst-üstə düşmürsə, toplantıya gələn soydaşlarımız müxalifəti yox, iqtidarın siyasətini dəstəkləyirsə, təhqir olunmalıdırlar? Bəs harda qaldı sizin guya uğrunda savaşdığınız “demokratiya”və “fikir azadlığı”? Niyə hamı sizin kimi düşünməlidir? Avropadakı soydaşlarım sizin kimi düşünmürsə, kim sizə ixtiyar verib ki, soydaşlarımıza, o cümlədən toplantıya qatılan Anadolu türklərinə radikal kürd damğası vurasınız? Ora toplaşanların hər biri erməni və kürd separatçılarına qarşı savaşmağa hər an hazır olan millətçi insanlardır”
Ətraflı

“Ölkə xaricdən idarə olunan xaosa sürüklənir” - Nemət Pənahlı

“Azərbaycanda 50-dən çox siyasi partiyanın mövcudluğuna baxmayaraq, mənim qənaətimcə, ölkənin siyasi həyatı iki qüvvədən ibarətdir: milli satqınlardan və milli vətənpərvərlərdən. Milli satqınlar müxalifətdə də var, hakimiyyətdə də; eynilə milli vətənpərvərlər də həm müxalifətdə var, həm də hakimiyyətdə… Hazırda biz müxalifətdəki milli satqınlarla hakimiyyətdəki satqınların xaricin diktəsiylə əlbir hərəkətini müşahidə edirik. Başlanan bu prosesin qarşısı ağılla alınmazsa, bu, ölkəni qana, qarşıdurmaya aparacaq. Açıq görünür ki, Azərbaycanı tədricən ikinci Suriyaya çevirmək prosesinə start verilib və ölkəni xaricdən idarə edilən xaosa sürükləyirlər”
Ətraflı