Milli Məclisdə yeni təyinat

“Alışanov kimi naşı və bacarıqsız sədr görməmişəm”

“Bu günlərdə mətbuatda AzTV sədri A.Alışanovun ofşor şirkətlərlə müəmmalı maliyyə əməliyyatları barədə araşdırma ilə tanış oldum və dövlətin milyonlarının bu miqyasda çapıb-talanmasından heyrətə gəldim. Bu qədər şübhəli reputasiyası olan və belə ciddi maliyyə pozuntularına yol vermiş birisinin rəhbər vəzifədə qalması millətə xəyanətdir” – bu sözləri müxbirimizə AzTV-nin keçmiş mühəndisi Hikmət Həsənov deyib
Ətraflı

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-nə cavab verdi

“Ermənistan Azərbaycana qarşı işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasəti yürüdülür. İşğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuata verdiyi açıqlamasında dolayısı ilə bunu etiraf edir, işğalçı dövlət kimi Ermənistanın daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır”
Ətraflı