“Kemerovodakı etirazlar Rusiya siyasətçiləri və əhali arasında dərin uçurumu bir daha ortaya çıxrdı”
The Washington Post qəzetinin icmalçısı, Harvard universitetinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə eksperti Kristofer Carmasın məqaləsi bu cümlə ilə başlayır.
Müəllif Vladimir Putinin seçkidən 77%-lik kimi böyük bir fərqlə qalib çıxmasına rəğmən əslində göründüyündən zəif olduğu düşüncəsindədir.
“Yerli səviyyədə həyata keçirilən etirazlar Putinin mərkəzləşdirilmiş rejiminin zəif yerlərini aşkar edir”, - yazan müəllif sosioloq Mişa Qaboviçdən sitat gətirir: “Hakimiyyət nə Putin, nə Duma, nə də prezident administrasiyasıdır. İnsanların əksəriyyəti yerli hakimiyyətlə toqquşmalı olurlar. Regional hakimiyyətlər isə idarə etdikləri əhalidən gündən-günə uzaqlşırlar. Hökumətin faciəli yanğına reaksiyası və bunun arxasınca gələn etiraz dalğası lokal səviyyədəki çatları daha çox üzə çıxarır. Kemerovonun mərkəzi meydanına toplaşan insanlar yalnız cavab və məlumat tələb edirdilər. Lakn yerli əhali hadisə bölgəsinə baş çəkən prezident Putinin faciədən qüssə çəkən insan kütləsinə deyil, sadəcə həlak olanların xatirə yerinə gül qoymaq üçün gəlməsini xüsusi qəzəblə qarşıladılar”.
Kristofer Carmasın fikrincə, iqtidarın etirazlara oaln münasibəti elə rus siyasətinin məntiqini üzə çıxarır.
“Qubernator Aman Tuleyev faciə qurbanlarının ailələrindən deyil, Putindən üzr istədi. Onun müavini isə yanğında bütün ailəsni itirmiş adamı “qara piar” aparmada suçladı. Federasiya Şurasının üzvü Yelena Mizulina Kemerovoya deyil, Putinə dəstək verilməsinin daha önəmli olduğunu söylədi.
Müəllif bu cür etirazların tək və qısa müddətli olmadığını damla-damla axaraq dolub-daşması nəticəsində törədiyini bildirir. Bununla bağlı olaraq, məsələn, Moskva vilayətində Volokamsk şəhərində 10 məktəblinin zibil poliqonundan gələn axıntıların nəticəsində zəhərlənməsinə görə, bütün şəhər əhalisinin ayağa qalxmasını misal göstərmək olar.
“Hökumətin bu insidentə reaksiyası da Putin hakimiyyətinin xarakterini və hüdudlarını aşkar etdi. Moskva yalnız etiraz nümayişlərinin bütün şəbəkələrdə yayılmasından sonra Volokamsk rayonunun başçısı Yevgeni Qavrilovu işdən azad etdi”, - Carmas yazır.
Rusiyanın siyasi analitiki Nikolay Petrov mərkəz və ətraflar arasında dəyişən dinamikanı təsvir etmək üçün metaforadan istifadə edib: “Kreml hər nə qədər sükana möhkəm nəzarət etsə də, maşının təkərləri yola yapışmır”.
“Putinin 3-cü müddəti xarici siyasi avantüralarla müşahidə olundu. Volokamsk və Kemerovodakı hadisələr onu göstərdi ki, analitiklər Putin sisteminin gələcəkdə yaşam qabiliyyətini qiymətləndirmək üçün artıq diqqətlərini Rusiyanın öz daxilində gedən proseslərə yönəltməlidirlər”, - müəllif yekunda bildirib.(musavat.com)
Digər xəbərlər
loading...