Milli Məclisdə yeni təyinat

“Xarici mühitdə təhlükə mənbələri hələ də var” - Prezidentin köməkçisi

“Diplomatik aspektdə əhəmiyyətli olan digər amil kimi Azərbaycanın davamlı surətdə yeniləşməyə meyilliyi, meydana çıxan və sürətlə dəyişən situasiyalarda ağıl və intellekt sayəsində düzgün qərar qəbul etmək məharəti nəzərə alınmalıdır. Bu kontekstdə Prezidentin xarici siyasət qarşısında müəyyən etdiyi yeni vəzifə və tapşırıqları ayrıca vurğulamağa ehtiyac var. Həmin vəzifə və tapşırıqlar beynəlxalq münasibətlər sisteminin bütün cəhətləri, müasir təhdid və çağırışlar nəzərə alınaraq formalaşdırılıb. Burada bir neçə əsas müddəanı qeyd etmək olar”
Ətraflı

İlham Əliyev: “Kifayət qədər neftimiz var, heç kim narahat olmasın“

“Azərbaycan neftin vətənidir, Azərbaycanda bunu hər kəs bilir. İndi dünya ictimaiyyəti də bunu bilir ki, dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə Azərbaycanda çıxarılmışdır və o vaxt Azərbaycan dünya neftinin əsas hissəsini təmin edirdi. Tarixdə ilk dəfə olaraq XX əsrin ortalarında dənizdə də neft Azərbaycan neftçiləri tərəfindən çıxarılmışdır və bu da tarixi hadisədir. Azərbaycan neftçiləri sovet dövründə Xəzərin bütün neft-qaz yataqlarının aşkar olunmasında əsas rol oynamışlar, Rusiya Federasiyasında yeni neft yataqlarının kəşfində onların rolu çox böyükdür. Təsadüfi deyil ki, “İkinci Bakı”, “Üçüncü Bakı” adlandırılan yerlər var ki, bu yerlər Azərbaycan neftçilərinin adı ilə bağlıdır. Neftçilərimiz xarici ölkələrdə də işləyirdi, oraya ezam olunmuşdular. Əlbəttə ki, bu, Azərbaycanda neft sənayesində çalışan insanların peşəkarlığını, fədakarlığını göstərir”.
Ətraflı

Çovdarovun hansı cinayətlərinə xitam verildi?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun bir neçə cinayətdə iştirak etmədiyi açıqlanıb
Ətraflı

Bu gün Akif Çovdarov və digərlərinə hökm oxunacaq

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası başa çatacaq
Ətraflı

Söz azadlığı tənqidimizə nə verib? - Xalq yazıçısı Elçin yazır - II Məqalə

Bizim ədəbi proses bəşəri bədii-fəlsəfi problematikanı ehtiva edə bilirmi? - sualının əhatə dairəsi çox geniş olduğu üçün, güman edirəm ki, 25 illik zaman vahidi çərçivəsində bu suala müsbət cavab vermək çətin, bəlkə də qeyri-mümkündür, ancaq dərd burasındadır ki, bu sualın mündəricatını xeyli dərəcədə sıxıb, sadələşdirsək də, müsbət cavab verməyə çətinlik çəkəcəyik, çünki tənqidimiz, ümumiyyətlə, bəşəri bədii-fəlsəfi mövzunu ədəbi prosesin faktına çevirə bilməyib
Ətraflı