Azərbaycan XİN bəyanat yayıb – Laçının işğalının 26-cı ildönümü…

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi 18 may 1992-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu işğal olunub. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib”
Ətraflı

“Əbülfəz Elçibəyə xaricdən kim təzyiq edə bilərdi?”

“Mən də Dövlət Müdafiə Komitəsinin üzvü olmuşam, dövlətin bir sıra işlərində, iclaslarında iştirak etmişəm. O zaman hamımızın ürəyindən keçirdi ki, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına yol açaq. Ancaq bu məsələ Müdafiə Komitəsi, yaxud dövlət səviyyəsində müzakirə olunmayıb. Çünki bu, artıq Ermənistan-Azərbaycan müharibəsi demək idi”
Ətraflı