Prezident Alimpaşa Məmmədovu işdən çıxartdı
Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
MilliYol.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, aprelin 26-da hüquq-mühafizə orqanları tərəfindən Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxsin, o cümlədən A.Məmmədovun saxlanıldığı bildirilir.
A.Məmmədov 2014-cü ildən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəllər Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışıb.
Ətraflı
Nürəngiz Bəşirova iclasda bəzi həkim və tibb işçilərinin hədələyərək açıq şəkildə deyib ki, onun arxasında TƏBİB sədri Ramin Bayramlı dayanır və bu üzdən də xanım baş həkim heç kəsdən qorxmur... Ətraflı