“Neft bahalaşıb, hökumət gələn gəlirlərin bir hissəsini bu istiqamətə yönəldə bilər”

“2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər ediləcək. Neftin dünya bazar qiymətinin yüksək olması dövlət büdcəsinin gəlir və xərclərində dəqiqləşdirmələr aparılmasını gündəmə gətirib”. Strateq.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O, qeyd edib ki, bu ilin büdcəsinin gəlir və xərclərinin artırılacağı gözlənilir. “İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hesablamarına əsasən, neftin orta qiymətinin 75 dollar olması Azərbaycan üçün əlavə 5 milyard manatdan artıq gəlir deməkdir. Bu isə həm Dövlət Neft Fonduna, həm də dövlət büdcəsinə proqnozlaşdırıldığından əlavə daxilolmalara vəd edir. Neftin mövcud qiymətləri fonunda Azərbaycanın strateji valyuta ehtiyatlarının artacağı da proqnozlaşdırılandır”-deyə V.Bayramov vurğulayıb
Ətraflı