Prezident Administrasiyasına şikayətlər daha çox bu rayonlardan daxil olur – SİYAHI

2017-ci ildə Prezident Administrasiyasına daxil olan müraciətlərin təhlili göstərir ki, onların sayı əvvəlki ilə nisbətən 10 minədək azalmışdır. Bu, yerlərdə vətəndaşların problemlərinə daha diqqətlə yanaşılmasından, onları narahat edən məsələlərin həllinə lazımi kömək göstərilməsindən və müraciətləri ilə əlaqədar onlara əsaslı cavab verilməsindən irəli gəlir
Ətraflı

“İlham Əliyev nəinki İrəvanı qaytaracaq, hətta evimizə daxil olacaq” – Erməni KİV

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayında çıxışı Ermənistanda ciddi narahatlığa səbəb olub. Azərbaycan dövlətinin başçısının dediyi “Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır… İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir” sözləri işğalçı ölkənin mediasında fəal şərh edilir Ermənistanın bir sıra KİV-ləri ölkənin hakimiyyət orqanlarını emosional və qeyri-adekvat şəkildə münasibət bildirməkdən çəkinməyə, Azərbaycan Prezidentinin çıxışını ayıq-sayıq şəkildə təhlil etməyə çağırıblar
Ətraflı

Ötən il ölkədə 1886 km yeni qaz kəməri quraşdırılıb

"Ölkənin bütün regionlarının qazlaşdırılması, əvvəllər qazla təmin olunmuş, lakin sonradan qaz təchizatı dayandırılmış bölgələrin qaz təchizatının bərpası, yeni yaşayış məntəqələrinə və yaşayış massivlərinə təbii qazın verilməsi və nəticə etibarı ilə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair proqramın icrası da ötən il ən vacib məsələlərdən biri olub"
Ətraflı