Respublikanın mühüm sürüşmə sahələrində vəziyyət açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, Astara rayonunda Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-liyində sürüşmə sahələri aktivləşib.
Onun sözlərinə görə, Lənkəran-Lerik yolunun 17- 19 km-liyində atmosfer çöküntülərinin təsirindən yol boyu yamacda bir neçə yerdə yeni uçqun hadisəsi baş verib: “Lənkəran – Lerik yolunun 27-29-cu kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və uçqun prosesləri müşahidə olunub. Habelə, Lənkəran-Lerik yolunun 45-47-ci kilometrliyində atmosfer yağıntılarının təsirindən yol boyu yamacda yeni lokal sürüşmə və töküntü prosesləri yaranıb. Lənkəran rayonunda Gəgiran sürüşmə sahəsi atmosfer çöküntülərinin təsirindən aktivləşib və bir neçə yerdə yeni sürüşmə sahələri əmələ gəlib. Masallı-Yardımlı yolunun 13-15, 7-16 – 24-26 kilometrliklərində də yamac boyu uçqun-töküntü və sürüşmə sahələri qeydə alınıb”.
Ekspedisiya rəisi bildirib ki, Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində atmosfer yağıntılarının təsirindən artım, Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-dəki sürüşmə sahəsinin dinamikasında isə aktivlik müşahidə edilib: “Şabran rayonunda Qazbabalı sürüşmə sahəsində aktivlik davam edir. Siyəzən rayonunda Sədan sürüşmə sahəsi də aktivləşib. Eyni zamanda, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyində aparılan müşahidələrə əsasən prosesin dinamikasında aktivlik qeydə alınıb”.
Ə. Qaralov qeyd edib ki, Şamaxı şəhəri, 48-A məhəlləsi – sürüşmə sahəsi üzərində qeydə alınan çatların ölçülərində artım baş verib, sürüşmə sahəsində aktivlik müşahidə edilir və sürüşmə sahəsi qaş hissəyə doğru genişlənməkdədir: “Bundan başqa, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində ucqun-töküntü, axma tipli sürüşmə hadisəsi qeydə alınıb. Sürüşmə sahəsi üzərində olan çatların parametrləri artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib və uçqun-töküntü hadisələri müşahidə olunub”.
Digər xəbərlər
loading...