COP29 Sədrliyi bəyanat yaydı

Egey sahilinin incisi İzmir

"20 il ərzində ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib"

“Bu yaxınlarda 20 illiyini qeyd etdiyimiz ANAMA 1998-ci ilin iyulun 18-də Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin sərəncamı ilə yaradılıb, işğaldan azad edilən ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla dinc əhalinin öz doğma torpaqlarında tam təhlükəsiz şəraitdə yaşamasının təmin edilməsi onun əsas vəzifəsi kimi müəyyən edilib. Fəaliyyət göstərdiyi 20 il ərzində ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib, ümumilikdə 53 min hektardan çox ərazinin mina və partlamamış hərbi sursatdan təmizləyib, bunun da nəticəsində məcburi köçkünlərin bir hissəsi öz yurdlarına qayıdıb”
Ətraflı

“Ölkəmiz özünün ənənəvi xarici siyasət kursuna sadiqdir” - Əflatun Amaşov

“Prezident İlham Əliyevin Rusiyaya, Qırğızıstana və Xorvatiyaya səfərləri, həmin səfərlər çərçivəsində əldə olunan nəticələr onu deməyə əsas verir ki, ölkəmiz özünün ənənəvi və balanslaşdırılmış xarici siyasət kursuna sadiqdir. Bu siyasətdə Rusiya, türk dünyası və Avropa xətti aydın seçilir. Əsas məqam isə xarici siyasətimizin dəyişən dünyanın reallıqlarına uzlaşdırılmasıdır. Düşünürəm ki, dövlət başçımızın hər üç səfəri bu baxımdan mühüm tarixi hadisədir”
Ətraflı