Şənbə, 22 Sentyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

İrandan şübhələnməyə əsaslar az deyil – Şərh


Nardaranda məlum olaylar baş verəndə İran diqqət mərkəzinə keçir

 Gəncədə qarışıqlıq olur, yenə İran yada düşür. Əlbəttə, şübhələnməyə əsaslar az deyil. Ancaq bu məmləkətdə İranı araşdıran mərkəz yoxdur.

Teleqraf.com xəbər verir ki, qonşu dövlətdə müxtəlif siyasi-dini mərkəzlər, güclü kəşfiyyat sistemi var və hər birində dünyəvi Azərbaycanın zəifləməsini istəyən qruplar fəaliyyət göstərir:

“Onları yaxşı tanıyırıqmı, nə edə biləcəklərini proqnozlaşdıra bilirikmi? Heç bizdə düz-əməlli fars dili də tədris olunmur. Rusiyada İranı araşdıran və fars dilini bilən mütəxəssislərin sayı bizdəkindən çoxdur. Bu haqda təhlükəsizliyimizə problem yaradan hadisədən sonra yox, əvvəl düşünmək və preventiv addımlar atmaq lazımdır. Hətta, Azərbaycandakı müvafiq dövlət strukturlarının və onlara tabe hansısa araşdırma mərkəzinin bu gün də “İranda və Güney Azərbaycanda nə baş verir” sualı üzərində ciddi tədqiqatlar apardığına şübhə edirəm. İrandakı mərkəzlər bizi daha yaxşı tədqiq edir və tərəfdarlarından da yararlanırlar. Güney Azərbaycandakı hərəkat isə başsızdır və Bakıda bu haqda kimsə düşünmür”.
Etiket:

loading...