Əfqan Sadıqov həbs edildi

Zakir Həsənov NATO-nun toplantısına gedir


İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək

Müdafiə Nazirliyindən verilən xəbərə görə, Azərbaycanı bu toplantıda Müdafiə naziri general-polkovnik Zakir Həsənov təmsil edəcəkdir.

Toplantıda NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaqdır.
Zakir Həsənov NATO-nun toplantısına gedir - Milliyol.az