Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstan müdafiə naziri Levon İzorianın dəvəti ilə Tiflis şəhərinə rəsmi səfərə yola düşüb.
Müdafiə Nazirliyindən MilliYol.Az-a verilən məlumata görə, səfər çərçivəsində Z. Həsənovun Gürcüstanın hərbi və siyasi rəhbərliyi ilə keçiriləcək görüşlərində ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.
MilliYol.Az































