Yağış, külək - Sabahın havası


Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
 
Havanın temperaturunun gecə  20-24°, gündüz 25-28° isti, Bakıda gecə  21-23°, gündüz 25-27° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz  28-33°, dağlarda gecə 10-15°, gündüz  20-25° isti olacağı gözlənilir.

MilliYol.Az
Yağış, külək - Sabahın havası - Milliyol.az