XİN "persona-non-qrata" elan etdiyi İran diplomatlarının adını açıqladı

İran səfirliyinin “persona-non-grata” elan edilən diplomatlarının Azərbaycandan çıxarılması üçün prosedur qaydalarının yerinə yetirilməsinə başlanılıb.

Bu barədə MilliYol.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, həmin diplomatlar aşağıdakılardır:

Mirmahdi Mirsalampur Şərif
Qurbanəli Purmərcan Varcovi
Hadı Moğadam
Əsgər Bahari Xoş Mənzər.

Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona-non-qrata" elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.

XİN "persona-non-qrata" elan etdiyi İran diplomatlarının adını açıqladı - Milliyol.az