Əfqan Sadıqov həbs edildi

Xəzərdə zəlzələ olub, cənub bölgəsində 4-3 bal hiss edilib (YENİLƏNİB)

Xəzərdə zəlzələ qeydə alınıb.

Bu barədə MilliYol.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Maqnitudası 5.3 olan yeraltı təkan yerli vaxtla 13:05-də 70 km dərinlikdə baş verib.

Zəlzələ Lənkəran, Yardımlı, Lerik, Astara, Cəlilabad, Neftçala 4-3 bal hiss olunub.

13.18

Xəzər dənizində 5.3 maqnitudalı zəlzələ olub.

MilliYol.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ 35 km dərinlikdə qeydə alınıb.

Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.

Bu dövrdə xəbər yoxdur.

Xəzərdə zəlzələ olub, cənub bölgəsində 4-3 bal hiss edilib (YENİLƏNİB) - Milliyol.az