Əfqan Sadıqov həbs edildi

“Xəzər“in aparıcısı “Space“ə keçdi

Aparıcı-aktrisa Aysel Nazim “Space”də işə başlayıb. Axşam.az-a açıqlama verən aparıcı hava proqnozunu təqdim edəcəyini bildirib:

“Təklif kanal rəhbərliyindən gəldi, mən də razılaşdım. Hələ ki, “Space”də hava xəbərlərini təqdim edəcəyəm”.

Aysel rol aldığı “Sara” filiminin təqdimatına hazırlaşdığını deyib: “Ekran işi noyabrda təqdim olunacaq. Hazırda serial təklifləri alıram. Onlardan birini dəyərləndirəcəyəm. Eyni zamanda yeni filmdə də rol alacağam. Çəkilişləri yaxın günlərdə başlayacaq”.

Qeyd edək ki, A.Nazim ATV-də "Eks bacanaqlar" serialında rol almışdı. Daha sonra "Xəzər" telekanalında "Rahat ev" verilişinə aparıcılıq edirdi.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Xəzər“in aparıcısı “Space“ə keçdi - Milliyol.az