Əfqan Sadıqov həbs edildi

Vaqonlarda yerləşən Ağdamın 122 saylı köçkün məktəbi – Təhsil Nazirimizin bundan xəbəri var?

Sosial şəbəkədə Bərdə rayonunda yerləşən 122 saylı Ağdam köçkün tam orta məktəbinin acınacaqlı vəziyyətini göstərən bu videoroliki oxuculara təqdim edir

Apardığımız araşdırmalardan o da məlum oldu ki, 118 saylı dairədə yerləşən ərazinin deputatı Bəxtiyar Əliyevdir. Hər yerdə yeni məktəblərin tikildiyi bir vaxtda köçkün məktəbinin vaqonlarda yerləşməsi hər halda Təhsil Nazirimiz Ceyhun Bayramov cənablarını düşündürməlidir.


Videonu və onu paylaşan Səbuhi bəyin kommentini sizlərə təqdim edirik:


“Bərdədə Ağdam məktəbi. Heç Afrikada da belə məktəb yoxdur. Məlum paylaşımımdan sonra jurnalist dostlarım bu məktəbə məsul olanları tapmaqda çətinlik çəkirlər. Bu səbəbdən video-reportajda əraziyə məsul deputatın da dairəsini işarə vermişəm. Ən azından o, biləcək, təbii ki, uzaq-uzaq ellərdə istirahət etmirsə…”

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Vaqonlarda yerləşən Ağdamın 122 saylı köçkün məktəbi – Təhsil Nazirimizin bundan xəbəri var? - Milliyol.az