Prezident İlham Əliyev Valeh Ələsgərovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
MilliYol.Az-ın məlumatına görə, Valeh Ələsgərov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, V.Ələsgərov Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədridir. Bu gün onun 75 yaşı tamam olur.



































