Əfqan Sadıqov həbs edildi

Ucarda üç maşın toqquşdu: 2 yaralı


Ucarda 3 maşının iştirakı ilə baş verən qəzada 2 piyada xəsarət alıb

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında şəhərin Azərbaycan küçəsində qeydə alınıb.

"61 BD 531" dövlət nömrə nişanlı "Nissan", "61 BF 947" dövlət nömrə nişanlı "Mercedes" və "61 BC 068" dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşınlarının toqquşub. Toqquşmadan sonra minik maşınları yol kənarında dayanan  Ucar rayon sakinləri - 1980-cı il təvəllüdlü Seymur Səhrab oğlu Rəhimov və 1972-ci il təvəllüdlü Rüstəm Güləhməd oğlu Mirzəliyevi vurub.

Müxtəlif xəsarətlər alan piyadalar təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.   

Bu dövrdə xəbər yoxdur.

Ucarda üç maşın toqquşdu: 2 yaralı - Milliyol.az