Türkiyənin 60 kəndində komendant saatı elan olundu


Türkiyənin Diyarbəkir vilayətinin 60 kəndində komendant saatı elan olunub

Trend-in məlumatına görə, bu qərara səbəb Türkiyənin polis və jandarm qüvvələrinin PKK terror təşkilatına qarşı əməliyyatlarının gözlənilməsi olub.

Komendat saatının ləğv olunma vaxtı barədə məlumat verilməyib.

Qeyd edək ki, Türkiyədə bir neçə həftə əvvəl Batman və Şırnak vilayətlərində komendant saatı elan edilmişdi.