Türkiyədə ev almaq istəyən 71 yaşlı Bakı sakini aldadılıb –241 minlik qalmaqal


Bakı şəhər sakini ona qarşı dələduzluq edilməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib

MilliYol.Az Strateq.az-a istinadən xəbər verir ki, 71 yaşlı Nadir Nəzərov müraciətində bildirib ki, Türkiyə vətəndaşı Hikmət Süleyman Yigitol tərəfindən aldadılıb.

N.Nəzərov qeyd edib ki, o, 2017-ci ilin avqust ayında Hikmet Süleymana Türkiyədə ev almaq üçün 241 min manat verib. Lakin ötən 6 ayda Türkiyə vətəndaşı evi onun adına rəsmiləşdirməyib.

Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az