Türkiyə təyyarələri Afrində aeroportu bombalayır


Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Suriyanın Afrin bölgəsində həyata keçirilən antiterror əməliyyatları ilə bağlı bu günə olan hesabatı açıqlayıb

Virtualaz.org Türkiyə KİV-ə istinadən bildirir ki, “Zeytun Budağı” əməliyyatı zamanı bu günədək 712 terrorçu məhv edilib.

Təkcə ötən gün 63 terrorçu və İŞİD, PKK qruplaşmalarının silah-sursat anbarları kimi istifadə etdikləri 22 hədəf məhv edilib.

Bu dəqiqələrdə yayılan məlumata görə isə Türkiyənin Hərbi Hava Qüvvələri Afrin şəhəri yaxınlığında “Minnak” hava limanını bombalayır.

Türkiyə KİV-i hərbi mənbəyə istinadən bildirir ki, hava hücumlarına məruz qalan aeroportdan terrorçuların baza olaraq istifadə etdikləri barədə məlumat əldə edilib.

MilliYol.Az
Türkiyə təyyarələri Afrində aeroportu bombalayır - Milliyol.az