Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib




Türkiyə Silahlı Qüvvələri əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub

APA-nın xəbərinə görə, bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında bildirilir.
 
“Saat 19.30-a olan məlumata görə, PYD-yə məxsus 113 hədəfdən 108-i məhv edilib. Ölən və yaralananların hamısı terror təşkilatların üzvüdür”, - deyə məlumatda bildirilir.  
 
Qeyd edək ki, Türkiyə ordusu bu gün Bakı vaxtı ilə saat 18.00-da  Suriyanın Afrin bölgəsində  terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb. 
 
MilliYol.Az
Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib - Milliyol.az