Türkiyə prezidenti: ABŞ Suriyada terrorçu ordusu yaradır


ABŞ Türkiyə ilə sərhəddə Suriyada fəaliyyət göstərən PYD və YPG terrorçularından ibarət ordu yaradır

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, terrorçu ordusunun hədəfi Türkiyədir: “Amma ABŞ bu terrorçu ordusunu yaratmazdan öncə Türkiyə onu məhv edəcək”.

 Türkiyə prezidenti onu da vurğulayıb ki, PYD və YPG-ni dəstəkləməklə ABŞ artıq özünü biabır edib: “Terrorçuluqla mübarizədə Türkiyə ilə əməkdaşlıq etmək əvəzinə ABŞ terrorçularla dostluq edir”.
Qeyd edək ki, bu gün Türkiyənin baş nazir müavini Bekir Bozdağ da ABŞ-ın açıq-aşkar Suriyada terrorçuları dəstəklədiyini bildirmişdi.
Türkiyə prezidenti: ABŞ Suriyada terrorçu ordusu yaradır - Milliyol.az