Titov Putinə milyarderlərin siyahısını təqdim etdi

Rusiyalı milyarder, prezidentliyə namizəd və İnkişaf Partiyasının sədri Boris Titov Böyük Britaniyada Rusiyaya qayıtmaq istəyən iş adamları ilə görüşüb

Axar.az xəbər verir ki, Titov xüsusən barəsində cinayət işi qaldırılmış iş adamları ilə görüşüb və onların Rusiyaya qayıtmasına kömək edəcəyinə söz verib.

Məlumata görə, Boris Titov Rusiyaya qayıtmaq arzusunda olan milyarderlərlə bağlı ölkə başçısı Vladimir Putinə siyahı təqdim edib. Onların kimlikləri bilinməsə də, saylarının 10-dan çox olduğu bildirilib.
Titov Putinə milyarderlərin siyahısını təqdim etdi - Milliyol.az