Moskva arbitraj məhkəməsi iş adamı Telman İsmayılovun iki evinə həbs qoyub
MilliYol.AZ “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ümumi sahəsi 292 kvadrat metr olan altı və beş otaqlı evlər Kutuzov prospektində yerləşir.
Həmin daşınmaz əmlaklar Fransada doğulan iş adamının 2005-ci il təvəllülü nəvəsinin adına qeydiyyatda olub.
Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi bu ilin martında Telman İsmayılovu müflis elan edib. Moskva məhkəməsi onun əmlakının satışa çıxarılması proseduruna start vermişdi.
MilliYol.Az































